Türkiyədə kənd təsərrüfatı texnikası minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin İsparta vilayətində baş verib.
Sürətlə hərəkət edən minik avtomobili ərazidəki təsərrüfat texnikasına çırpılıb.
Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Minik avtomobilində xəsarət alan yaralılar xəstəxanaya yerləşdirilib.
Digər maşının 79 yaşlı sürücüsü isə müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


