NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə müddətinin uzadılması ilə bağlı razılıq əldə olunub.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə müddətinin 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılıq əldə olunub.
2014-cü ildən NATO-nun baş katibi olan Stoltenberqin səlahiyyət müddəti dördüncü dəfə daha bir il uzadılıb.
Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən 64 yaşlı Stoltenberq səlahiyyət müddətinin uzadılmasından şərəf duyduğunu dilə gətirib.
Aysu Demokrat.az


