Xarici siyasət Özəl

Rusiyada xaos hərbi elitanın içərisinə yansıyıb — Politoloq

Rusiyada xaos hərbi elitanın içərisinə yansıyıb — Politoloq

"Rusiya daxilinda artan gərginlik Ukraynadakı müharibənin gedişatına təsir göstərir. Çünki ölkənin daxilindəki siyasi xaos cəmiyyətin içərisində olmayan milli birliyin heç vaxt olmayacağı ilə bağlı qənaəti gücləndirir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, cəmiyyət daxilində olan gərginlik Rusiyada hərbi elitanın içərisinə yansıyıb:

"Bütün bunların nəticəsində Rusiyanın mənəvi-psixoloji vəziyyəti də kifayət qədər aşağı səviyyədədir. Bir tərəfdən nəzərə almaq lazımdır ki, öz torpaqlarının işğaldan azad etmək uğrunda mübarizə aparan Ukrayna hərbçiləri var.

Digər tərəfdə isə başqasının torpaqlarını işğal altında saxlayan Rusiya hərbçisinin müharibə üçün heç bir motivasiya olmayan görüntüsü var.

İstənilən halda düşünürəm ki, Rusiyada iqtisadi kataklizmlər, həmçinin siyasi gərginliyin artması Ukraynanın cəbhədə qələbələrinin daha da artmasına, Rusiyanın isə mütləq məğlubiyyətinin daha da yaxınlaşmasına səbəb olacaq".

Tahir Demokrat.az

D
demokrat.az