Gündəm Özəl

Seysmoloq: "Bakı güclü zəlzələlərdən sığortalanmış ərazidir"

Seysmoloq: Bakı güclü zəlzələlərdən sığortalanmış ərazidir

"Ötən gecə bizdə güclü zəlzələ olmadı. Yəni, hazırda dağıntılar, itkilər yoxdur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında seysmoloq Ənvər Əliyev deyib.

O bildirib ki, Bakı güclü zəlzələlərdən sığortalanmış ərazidir:

"Hazırda hər şey qaydasındadır və həyat davam edir. Bundan qorxmaq lazım deyil. Çünki Bakı güclü zəlzələlərdən sığortalanmış ərazidir. Bunu tarixin təcrübəsindən bilirəm.

Bakıda 1000 ildən artıq mövcud olan abidələr var. Şükür Allaha ki, bu dalğa belə keçdi. Seysmoloji zonalar var, onlar da Bakıdan kənardadır".

Tahir Demokrat.az

D
demokrat.az