İqtisadi

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti1,88ABŞ dolları, yaxud2,44% artaraq78,85ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri75,19ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti60ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti2020-ci il aprelin21-də (15,81ABŞ dolları), maksimal qiyməti isə2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı25%-dir.

NE
Nihadə Eyyubova