Dünya Özəl

Rusiya döyüş təyyarələri Suriyanı bombaladı: Ölən və yaralananlar var

Rusiya döyüş təyyarələri Suriyanı bombaladı: Ölən və yaralananlar var

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinə etdiyi hava hücumu nəticəsində azı 9 mülki şəxs həlak olub, 30-dan çox insan isə yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Bildirilib ki, hücumda İdlibin Cisir əş-Şuqur qəsəbəsində insanların sıx olduğu tərəvəz bazarı hədəf alınıb.

Hava hücumu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 3 döyüş təyyarəsi tərəfindən həyata keçirilib.

Nəticədə 9 nəfər dünyasını dəyişib, 30-dan çox insan yaralanıb.

Qeyd edək ki, sözügedən hücumun Rusiyanın özəl təhlükəsizlik şirkəti “Vaqner”in başlatdığı silahlı üsyandan bir gün sonraya təsadüf etməsi diqqət çəkib.

Aysu Demokrat.az

D
demokrat.az