Hadisə Özəl

Sərnişin avtobusu yandı

Sərnişin avtobusu yandı

Türkiyədə magistral yolda hərəkət edən şəhərlərarası sərnişin avtobusunda yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə Türkiyənin Mersin vilayətində baş verib.

Hərəkətdə olan avtobusun mühərrik hissəsi qəfil yanmağa başlayıb.

Yanğının baş verdiyini görən sürücü maşını saxlayaraq dərhal Təcili Yardım Mərkəzinə xəbər verib.

Sərnişinlər sürətlə təxliyə edildiyindən xəsarət alan olmayıb.

Qeyd edək ki, avtomobil yanğında yararsız hala düşüb.

Aysu Demokrat.az

D
demokrat.az