Hadisə Özəl

İranda spirtli içkidən 140 nəfər zəhərləndi — 10 nəfər öldü

İranda spirtli içkidən 140 nəfər zəhərləndi — 10 nəfər öldü

İranda ziyafət üçün evdə hazırlanmış spirtli içki 10 nəfərin həyatına son qoyub.

Demokrat.az xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 140 nəfər isə zəhərlənib.

İranın Ədliyyə Tibb İnstitutunun rəhbəri Abbas Məscidi 2022-ci ildə evdə hazırlanmış spirtli içkilərdən ölənlərin sayının 2021-ci ilə nisbətən 30 faiz artaraq, 644 nəfərə çatdığını bildirib.

Xatırladaq ki, 1979-cu ildə İran inqilabından sonra ölkədə spirtli içkilərin istehsalı və istehlakı qadağan edilib. Qadağaya əməl etməyənlər cərimələnir və ya qamçılanır.

Aysu Demokrat.az

D
demokrat.az