Hadisə Özəl

Ayaqqabı fabrikində dəhşətli YANĞIN

Ayaqqabı fabrikində dəhşətli YANĞIN

Türkiyənin İstanbul şəhərində ayaqqabı fabrikində yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, 6 mərtəbəli ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ayaqqabı fabrikində naməlum səbəbdən yanğın baş verib.

Hadisə yerinə dərhal yanğın söndürmə və xilasetmə qrupları gəlib.

Alov tez bir zamanda emalatxananı bürüdüyünə görə fabrikə külli miqdarda ziyan dəyib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova