“Rusiyanın xaricdəki hesablarının dondurulması bütün hüquqi normaları pozur”.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin bunu soyğunçuluq adlandırıb və orta əsrlərlə müqayisə edib.
Rusiya prezidenti həmçinin Nazirlər Kabinetinə ölkənin əsas sənaye sahələrindəki aktivlərinin daxili yurisdiksiyaya qaytarılmasını sürətləndirməyi tapşırıb.
“Beynəlxalq qanunvericiliyin bütün normalarını pozaraq soyğunçuluq edirlər. Sadəcə hesabları bağladılar, götürdülər və səbəbini izah etmirlər, danışmaq belə, istəmirlər. Təəccüblüdür, bir növ orta əsrlərdəki kimidir”, – Putin bildirib.


