Gündəm

Heydər Əliyevin tərcüməçisi qapalı görüşlərdən danışdı — VİDEO

Heydər Əliyevin tərcüməçisi qapalı görüşlərdən danışdı — VİDEO

Ümummilli lider Heydər Əliyevin şəxsi tərcüməçisi Tahir Kərimov "Baku" TV-yə müsahibə verib.

O bildirib ki, ulu öndərlə işləmək həm çətin, həm də məsuliyyətli idi.

Heydər Əliyevlə xatirələrini bölüşən T.Kərimov ümummilli liderin ABŞ-nin vitse-prezidenti Albert Qorla görüşdə göstərdiyi qətiyyətli mövqedən bəhs edib:

“Danışıq başladı. Heydər Əliyev Azərbaycanın mövqeyini ortaya qoydu. Albert Qor isə bildirdi ki, mövqeyiniz çox sərtdir. Ulu öndər dedi ki, mövqeyimin sərtliyi xalqımın düşdüyü vəziyyətlə izah olunur. Mənim

73 yaşım var. Öz xalqıma görə buradayam. Bir milyon qaçqınıma görə gəlmişəm. Bu sənəd imzalanmamış buradan getməyəcəyəm”.

Daha ətraflı süjetdə:

NE
Nihadə Eyyubova