Bosniya və Herseqovinanın cənubundakı Kapljina şəhərində məscidə və müsəlmanların evlərinə dəfələrlə hücum edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, son günlər Bosniya və Herseqovinanın cənubundakı Kapljina şəhərində məscid və müsəlmanların yaşadığı evlərə bir neçə dəfə hücumlar həyata keçirilib.
Kapljina İslam Şurasının sədri Adem Suta bildirib ki, hücum edənlərin şəxsiyyəti hələ müəyyən edilməyib.
Hücumlardan birincisinin məscidə qarşı olduğunu bildirən sədr ciddi maddi ziyanın olduğunu vurğulayıb.
Aysu Demokrat.az


