Türkiyədə 16 yaşlı yeniyetmə düşmənçilik etdiyi gənc oğlanı ov tüfəngi ilə güllələyib.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Samsun vilayətində baş verib.
Belə ki, yeniyetmə öz dostları ilə 26 yaşlı oğlanın əraziyə gəlməsini gözləyib.
Oğlan hadisə yerinə gəldikdən sonra silahını çıxararaq onu güllələyib və dostları ilə qaçıb.
Hadisə yerinə polis və Təcili Tibbi Yardım Qrupları gəlib.
Yaralının dərhal xəstəxanaya yerləşdirilməsinə baxmayaraq vəziyyətinin ağır olduğu bildirilib.
Polis hücum edən şəxsin dostlarını saxlasa da 16 yaşlı oğlanın axtarışları hələ də davam etdirilir.
Aysu Demokrat.az


