Türkiyənin İstanbul şəhərində park edilmiş sərnişin avtobusu oğurlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, oğurlanan avtobus Esenler bölgəsində tərkedilmiş halda tapılıb.
Polis araşdırmalar nəticəsində oğrunun kimliyini müəyyən edib.
Nəticədə oğru saxlanılaraq həbs olunub.
Qeyd edək ki, saxlanılan şəxsin daha 9 cinayətdə əlinin olduğu öyrənilib.
Aysu Demokrat.az


