Dünya

Xerson atəşə tutuldu: 3 ölü, 12 yaralı

Xerson atəşə tutuldu: 3 ölü, 12 yaralı

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub.

Demokrat.az xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib.

Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

D
demokrat.az