Hadisə

Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Qusarda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri; 1975-ci il təvəllüdlü Ağarzayeva Yeganə Muradrasul qızı ölüb, 1974-cü il təvəllüdlü Ağarzayev Nadir Şahkərəm oğlu və 1981-ci il təvəllüdlü Eyvazov Volodiya Həzrəbək oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az