Kriminal Özəl

Gədəbəydə ər arvadını baltaladı —TƏFƏRRÜAT

Gədəbəydə ər arvadını baltaladı —TƏFƏRRÜAT

Gədəbəy rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elməddin Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, hadisə Gədəbəy rayonun Şəkərbəy kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nahiyəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayev saxlanılıb.

Elməddin Abdullayeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova