Rusiyanın xüsusi xidmət orqanları ABŞ kəşfiyyat orqanları tərəfindən minlərlə “Apple” telefonu ilə həyata keçirdiyi casusluq əməliyyatının ifşa edildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məsələ ilə bağlı açıqlama yayıb.
Araşdırmalar nəticəsində ABŞ kəşfiyyat orqanlarının cib telefonları vasitəsilə həyata keçirdiyi casusluq əməliyyatının üzə çıxdığı iddia edilib.
Həmçinin bildirib ki, məxfi məlumatların toplanması ABŞ istehsalı olan mobil telefonlardakı proqram təminatının boşluqları vasitəsilə həyata keçirilib:
“ABŞ kəşfiyyat xidmətləri uzun müddətdir ki, internet istifadəçiləri vasitəsilə vacib məlumatları toplamağa çalışır. Hətta bunun üçün İT şirkətlərindən istifadə edir.
Araşdırmalarımız nəticəsində "Apple" telefonlarında təhlükəsizliyin zəifliyindən istifadə edən yeni bir zərərli proqram növü aşkar edilib. ABŞ kəşfiyyatı bu boşluqlardan istifadə edərək məxfi məlumatları ələ keçirir”.
Aysu Demokrat.az


