Şou-biznes

"Qovuşacağımız günə qədər məni gözlə"

Qovuşacağımız günə qədər məni gözlə

"Çox çətin bir gün. 30 may 1983-cüil. Doğulduğun gün indiyəqədər yadımdadır.Sənin evimizəgəlişin,sanki evəgünəş doğmuşdu. Çox gözəl idi hər şey, ta ki, 22 fevral 2021-ci iləkimi..."

Axşam.az xəbərverir ki, bu sözlərimüğənni Xatun Əliyeva mərhum stilist qardaşı Balaşla bağlı sosial mediapaylaşımında yazıb. Onun sözlərinə görə, yaşasaydı bu gün Balaşın 40yaşı tamam olacaqdı.

"Nə yazsam da sizənecəiçimin yandığını izah edə bilməyəcəyəm. Sənəyazacağım vəsöyləyəcəyim tək şey var: Məni yaşadığım müddətcə qürurlandırman. Yaxşı bir qardaş, övlad, dayı, ata, qohum, dost oldun! Səndən sonra çox çətin oldu bizə. Amma yaxşi ki, səndən yadigar iki gül balan var. Onlarla nəfəs alıram, həmişəyanlarındayam, gözün arxada qalmasın. Onlar sənin mənə qoyduğun əmanətlərindir. Səni çox sevirəm, Balaşım. Allahım səni aldı və ən gözəl yerdəqovuşacağımız günəqədər məni gözlə" deyə, Xatun paylaşımnda bildirib.

Qeyd edək ki, Balaş beyin xərçəngindən dünyasını dəyişib.

NE
Nihadə Eyyubova