Hadisə

Bakıda bədbəxt hadisə — Fəhlənin başına daş düşdü

Bakıda bədbəxt hadisə — Fəhlənin başına daş düşdü

Bu gün səhər Bakıda bədbəxt hadisə baş verib.

Demokrat.az Trend-ə istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsindəki "Uğur-2" yaşayış kompleksində qeydə alınıb.

Həmin binanın yenidənqurma işlərində çalışan Rauf Cabbarovun başına daş düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan fəhlə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Travmatologiya şöbəsinə yerləşdirilən R.Cabbarova başın travması, döş qəfəsinin xəsarəti və çiyinin əzilməsi diaqnozu qoyulub.

D
demokrat.az