Hadisə

Bakıda iki bacı yol qəzasında xəsarət alıb

Bakıda iki bacı yol qəzasında xəsarət alıb

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Abbasova Aytəkin Elçin qızı və bacısı, 1995-ci il təvəllüdlü Abbasova Elnarə Elçin qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

Fakt araşdırılır.//Report

D
demokrat.az