Dünya Özəl

Kosova ilə Serbiya arasında vəziyyət yenidən gərginləşdi: Prezident orduya “hazır ol” əmri verdi

Kosova ilə Serbiya arasında vəziyyət yenidən gərginləşdi: Prezident orduya “hazır ol” əmri verdi

Kosovonun şimalında əsasən serblərin məskunlaşdığı ərazilərə polisin yerləşdirilməsinə qarşı çıxan serblər ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Bildirilib ki, rəsmi binalara təhlükəsizliyin təmin edilməsi üçün polis qrupları yerləşdirilib.

Bununla razılaşmayan serblər 2 polis maşınına od vurub, polislər isə etirazçılara qumbara və gözyaşardıcı qazla müdaxilə ediblər.

Məsələ ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiçin orduya “hazır ol” əmri verib.

Serbiyanın rəsmi mediasında çıxan xəbərlərə görə, Aleksandr Vuçiçin əmri ilə hərbiçilər Kosovonun şimalına doğru hərəkət etməyə başlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova