“Bu ilin iyul ayınadək evlərdə tüstü bacaların təmizlənməsi prosesi başa çatdırılmalıdır”.
Demokrat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında əhaliyə xəbərdarlıq edib.
Şöbə rəisi bildirib ki, yerlərdə qaz paylayıcıları tərəfindən noyabr ayınadək bu təmizlik prosesinin vəziyyəti yoxlanılacaq:
“Əhalinin diqqətinə çatdırmaq istəyirik ki, bu kimi təmizlik işlərini payız və qış mövsümünə saxlamasınlar. Birlik tərəfindən keçiriləcək yoxlanış prosesinə qabaqcadan hazır olsunlar”.
Aysu Demokrat.az


