Hadisə Özəl

“Paşinyanın həyatı təhlükədədir”

“Paşinyanın həyatı təhlükədədir”

"Ermənistanın baş naziri Nikol Paşinyanın həyatı təhlükədədir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənədlə tanıdığını imzalamaq istəyən Nikol Paşinyan erməni-daşnak terror qrupları tərəfindən ölümlə təhdid edilir:

"Bu isə regionda çox tanış mənzərədir.

Xatırladım ki, 1999-cu ilin oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinə daxil olaraq siyasi terror aktı həyata keçirərək Ermənistanın baş naziri Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla 8 nəfəri güllələləmişdi.

Qeyd edim ki, o zamanın hakimiyyət Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla yaxınlaşmağa çox yaxın idi. Sizcə, tarix təkrarlana bilərmi?".

Nəzrin Demokrat.az

D
demokrat.az