Abşeron rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-dən Demokrat.az-a verilən xəbərə görə, iyulun 1-də saat 1 radələrində Abşeron rayonu ərazisində Qobustan rayon sakini F.Ağazadə idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən Laçın rayon sakini Maarif Musayevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


