Hadisə Özəl

Silahını təmizləyərkən özünü güllələdi

Silahını təmizləyərkən özünü güllələdi

Türkiyədə yaşlı kişi silahını təmizləyərkən özünü güllələyib.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin Artvin vilayətində baş verib.

73 yaşlı kişi evində tapançasını təmizləyən zaman təsadüfən sinəsinə atəş açaraq yaralanıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib.

Yaralıya dərhal müdaxilə edilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az