Dünya

Əkrəm İmamoğlu SOCAR-ın direktoruna YÜKSƏK VƏZİFƏ VERDİ

Əkrəm İmamoğlu SOCAR-ın direktoruna YÜKSƏK VƏZİFƏ VERDİ

İstanbulun yeni seçilən bələdiyyə başqanı Əkrəm İmamoğlu ötən gün ilk təyinatlarını həyata keçirib.

Demokrat.azTürkiyə KİV-lərinə istinadən xəbər verir ki, İmamoğlu “SOCAR Türkiyə” şirkətinin keçmiş icraçı direktoru Yavuz Erkutu özünə müşavir təyin edib. Yavuz Erkut 2005-2015-ci illərdə TÜPRAŞ şirkətinin (TürkiyəPetrol Rafinerileri A.Ş.) icraçı direktoru olub. Daha sonra yaş həddi ilə bağlı pensiyaya çıxıb və “SOCAR Türkiye”-nin rəhbəri işləyib.

Bundan əvvəl KİV-lər Əkrəm İmamoğlunun Yavuz Erkutu İstanbul bələdiyyəsinin Baş katibi vəzifəsinə təyin edəcəyi haqda yazırdı. Həmin vəzifə bələdiyyə başqanından sonra statusuna görə ikincidir.

Hələlik İmamoğlu bu vəzifənin icrasını Mehmet Çakılçıoğluna həvalə edib.

D
demokrat.az