Türkiyədə pəncərəni silərkən 5-ci mərtəbədən yıxılan qadın həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata əsasən, hadisə Türkiyənin Ədirnə vilayətində baş verib.
Belə ki, evinin pəncərəsini silmək istəyən 44 yaşlı qadın yıxılaraq həyatını itirib.
Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.
Araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


