Maraqlı

Bu meyvələr sizi kökəldə bilər

Bu meyvələr sizi kökəldə bilər

Rusiyalı dietoloqtibb elmləri namizədi Oksana Panova arıqlamaq istəyənlərə şam yeməyində meyvələrdən imtina etməyi məsləhət görüb.

Onun açıqlamasını “Gazeta.Ru” təqdim edib:

“Xüsusilə yüksək glisemik indeksi olan qidalar: banan, üzüm, şirin alma”.

Mütəxəssis izah edib ki, bu meyvələrin tərkibində çoxlu miqdarda təbii şəkər var ki, bu da qanda insulinin səviyyəsini artırır və çəki artımına kömək edir. Panova, 18:00-dan sonra şirin meyvələrdən tamamilə imtina etməyi və şəkərsiz olanların istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.

NE
Nihadə Eyyubova