Dünya Özəl

Zelenski: "Putin ədalətin bütün gücünü hiss etməlidir"

Zelenski: Putin ədalətin bütün gücünü hiss etməlidir

Ukrayna lideri Volodimir Zelenski Putini mühakimə etmək üçün xüsusi məhkəmə yaradılmasını tələb edib.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) baş çəkən Ukrayna prezidenti, Rusiyanın apardığı müharibəyə görə məsuliyyətə cəlb olunmasını istəyib.

ICC-yə səfərindən sonra Haaqada danışan Ukrayna prezidenti çıxışı zamanı bildirib ki, Ukrayna üçün ədalət olmadan sülh ola bilməz:

"Putini gec-tez məhkəmə qarşısında görəcəyik. Təcavüzkar dövlət ədalətin bütün gücünü hiss etməlidir. Bu, bizim tarixi məsuliyyətimizdir".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova