Dünya Özəl

Medvedev Zelenskinin öldürülməsindən danışdı: “Başqa yolu qalmayacaq...”

Medvedev Zelenskinin öldürülməsindən danışdı: “Başqa yolu qalmayacaq...”

Ukraynaya məxsus dronlar və yaxud digər vasitələrlə Kremlə hücum olarsa, o zaman Rusiyanın Ukrayna prezidenti Vladimir Zelenskini öldürməkdən başqa yolu qalmayacaq.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib.

Dmitri Medvedevin sözlərinə görə, Kremlə hücumdan sonra Zelenskinin Ukraynanın kapitulyasiya aktını imzalamasına belə ehtiyac qalmayacaq:

“Bilirsiniz ki, vaxtilə müharibəni uduzan Hitler də kapitulyasiya aktını (təslim aktı – “Demokrat.az”) imzalamamışdı . Zelenski də tarixdə Hitler kimi qalacaq”.

Həsən Demokrat.az

D
demokrat.az