Hadisə

2 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

2 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Zaqatalada 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Qımır kəndində baş verib.

2023-cü ilin fevral ayında dünyaya gələn Aylin Qocayeva yaşadığı ünvanda ehtiyatsızlıqdan anasının qucağından yerə düşüb. Hadisə nəticəsində iki aylıq körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova