Dünya

Qazaxıstanda partlayışda ölənlər var — VİDEO

Qazaxıstanda partlayışda ölənlər var — VİDEO

Qazaxıstanın Türküstan vilayətinin Aris şəhərində hərbi hissələrindən birində silah anbarının partlaması nəticəsində 165 nəfər yaralanıb.

Demokrat.Az İHA-ya istinadən xəbər verir ki, yarlılardan ikisi bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Daxili İşlər nazirinin müavini Yuri İlyinin sözlərinə görə, şəhərdə təxliyyə işləri davam edir:

“Fövqəladə vəziyyət olan bölgədən 2815 nəfər, ümumilikdə isə şəhərdən 41 mindən çox sakin təxliyyə edilib. Təxliyyə işləri davam etdirilir”.

Müdafiə naziri Nurlan Yermekbayevin sözlərinə görə, təxliyyə işlərinə 1200-dən çox əsgər səfərbər edilib.

D
demokrat.az