Dünya Özəl

Ukraynaya 14 “Leopard2” tankı bağışlanacaq

Ukraynaya 14 “Leopard2” tankı bağışlanacaq

Danimarka və Hollandiya Ukraynaya ən azı 14 “Leopard2” tankı bağışlayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Bildirilib ki, hər iki ölkə gələn ilin əvvəlindən Ukraynaya Almaniya istehsalı olan ən azı 14 modernləşdirilmiş “Leopard2” model tankı hədiyyə edəcəklərini açıqlayıblar.

Bundan əlavə, Danimarka və Hollandiya müdafiə nazirliklərinin birgə yazılı açıqlamasında 165 milyon avro dəyərində tankların modernləşdirildikdən sonra Ukraynaya hədiyyə ediləcəyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova