ABŞ-da ilk dəfə olaraq bir bələdiyyə Ramazan bayramını dövlət bayramı elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə Dearborn bələdiyyə sədri Abdullah Hammoud yerli mediaya açıqlamasında bildirib.
Miçiqan ştatının Dirborn şəhərində müsəlmanlar Fitr bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.
Dearborn bələdiyyə sədri Abdullah Hammoud yerli mediaya açıqlamasında "Bir bələdiyyə ilk dəfədir ki, Ramazan bayramını elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, böyük əhəmiyyət kəsb edir" deyə bildirib.
Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının 21 aprel olan ilk günü ödənişli məzuniyyət veriləcəyi, bələdiyyə, məhkəmə və kitabxanalar kimi rəsmi qurumların bağlanacağı bildirilib.
Aysu Demokrat.az


