Özbəkistanda qəzaların qarşısını almaq üçün magistral yolun kənarlarında nasaz və yararsız avtomobillər qoyulub.
Demokrat.az xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin Telegram kanalında məlumat verilib.
Məlumata görə, Özbəkistanın Kaşkadərya vilayətində köhnə yararsız avtomobillər ən çox hərəkət edən magistrallardan birinin kənarında düzülüb.
İdarənin fikrincə, sözügedən yararsız avtomobillərin quraşdırılması ağır yol qəzalarının qarşısını almağa kömək edəcək.
Xatırladaq ki, 2022-ci ildə Özbəkistanda yollarda 9 902 qəza baş verib, nəticədə 2 356 nəfər ölüb, 9 606 nəfər yaralanıb.


Həsən Demokrat.az


