Dünya Özəl

Xəstəxanada yanğın: 21 nəfər öldü

Xəstəxanada yanğın: 21 nəfər öldü

Çinin paytaxtı Pekində Çanqfenq xəstəxanasında baş verən yanğında 21 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, xəstəxanada naməlum səbəbdən yanğın baş verib.

Yerli vaxtla saat 13:57-də başlayan yanğında 21 nəfər həyatını itirib.

Yanğından sonra ümumilikdə 71 xəstə xilasetmə qrupları tərəfindən yaxınlıqdakı xəstəxanalara köçürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova