Qaxda qəza: Bir ailənin 3 üzvü yaralandı

HADİSƏ 23 iyn 2019, 22:54

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Demokrat.az "Report"a istinadən  xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub.


Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. yerləşdirilib. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top