Gündəm

Prezidentin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatdı

Prezidentin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri aprelin 13-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.

NE
Nihadə Eyyubova