Kriminal Özəl

“Araz Supermarket” böyük məbləğdə cərimələnir — İş məhkəmədə

“Araz Supermarket” böyük məbləğdə cərimələnir — İş məhkəmədə

“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, “Araz supermarket”in barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci (gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) maddəsi ilə protokol tərtib edilib.

Protokol araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Protokol araşdırılması üçün hakim Babək Pənahovun icraatına verilib.

İşə aprelin 25-də baxılacaq.

Məhkəmə tərəfindən protokol təsdiqlənsə “Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyət ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova