Kreml Rusiyada həbsdə olan “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin tutulmasına prezident Vladimir Putinin şəxsən razılıq verməsi barədə xəbərləri təkzib edib.
Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” adını açıqlamayan mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Evan Qerşkoviçin casusluqda ittiham olunaraq həbsini şəxsən dəstəkləyib.
Məlumatda o da qeyd olunur ki, Kreml Evan Qerşkoviçin həbsi ilə bağlı Rusiya təhlükəsizlik xidmətinin yüksək vəzifəli məmurlarına tapşırıq verib.
Kremlin sözçüsü Dmitri Peskov isə yayılan bu məlumatları təkzib edib:
“Xeyr, bu, prezident Putinin səlahiyyətində olan məsələ deyil, öz işini görən xüsusi xidmət orqanlarımızın təşəbbüsüdür. Bir daha xatırlatmaq istəyirəm ki, jurnalist Evan Qerşkoviç konkret cinayət başında yaxalanıb”.
Xatırladaq ki, 31 yaşlı Gerşkoviç martın 29-da Yekaterinburqda saxlanılıb və ertəsi gün Rusiyanın təhlükəsizlik xidməti (FSB) onu casusluqda şübhəli bilərək saxladığını açıqlayıb.
Daha sonra ona rəsmi olaraq casusluq ittihamı irəli ittiham sürülüb.
ABŞ-ın “Wall Street Journal” qəzeti və jurnalist Evan Qerşkoviç isə sözügedən ittihamları inkar edir.
Həsən Demokrat.az


