Hadisə Özəl

SON DƏQİQƏ! Bakıda kişi arvadını döydü

SON DƏQİQƏ! Bakıda kişi arvadını döydü

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Səməd qısqanclıq zəminində həyat yoldaşı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zirə qəsəbəsində baş verib. Səməd yaşadıqları evdə qeyri rəsmi yaşadığı Xumar ilə aralarında qısqanclıq zəminində mübahisəı baş verib.

Səməd münaqişə zamanı Xumarı təpiklə bədən və ayaq nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, təxminən 2 ildir Xumar ilə qeyri rəsmi münasibətdə yaşayır:

“Hadisə günü, saat təxminən 15 radələrində yaşadığımıız evdə olan zaman Xumar ilə qısqanclıq zəminində mübahisəmiz düşdü. Bu vaxt əsəbləşərək yaşadığımız evdə Xumarı təpiklə bədən və ayaq nahiyəsindən bir neçə dəfə vuraraq xəsarət yetirdim”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Səmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az