Sabah toyu olacaq gənc Bakıda avtomobillə adam vurdu

HADİSƏ 22 iyn 2019, 18:38

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.


Həmin prospektdə yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Mənsimov Şahin Faiq oğlunu “Mercedes” markalı avtomobil vurub. Piyada hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır. Hadisənin törədən sürücü saxlanılıb.


Məlumata görə, iyunun 23-də hadisəni törədən sürücünün toy mərasimi olacaqmış. (Trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top