Pablo Pikassonun 50 illik yubileyi üçün məşhur ispan rəssamının portreti İtaliyada bir tarlada çəkilib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Sənət əsərini Dario Qəmbər işləyib.
O, portreti çəkmək üçün traktor, şum və fırlanan dırmıqdan istifadə edib.
Qəmbərinin əsərləri arasında Fidel Kastro, Leonardo Da Vinçi, Barak Obama, Papa Fransisk və Qreta Tunberqin portretləri var.
Qeyd edək ki, XX əsrin ən məşhur rəssamlarından biri olan Pablo Pikasso 8 aprel 1973-cü ildə vəfat edib. 


