Siyasət

Prezident İlham Əliyev Astanaya gedəcək, Tokayevlə görüşəcək

Prezident İlham Əliyev Astanaya gedəcək, Tokayevlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası informasiya yayıb.

“2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq”, - məlumatda deyilir.

Bildirilir ki, Astanada iki dövlət başçısının dar və geniş tərkibdə görüşləri planlaşdırılır. Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.

D
demokrat.az