Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Görüşlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski açıqlama verib.
O bildirib ki, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun başçılıq etdiyi ABŞ-dan olan siyasətçilər, iş adamları və xeyriyyə təşkilatlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib:
"Bu cür səfərlər və görüşlər bizim azadlıq və demokratiya uğrunda mübarizəmizdə ukraynalılara dəstəyin güclü göstəricisidir. Birləşmiş Ştatlar bizim yanımızdadır və ümumi məqsədlər üçün bizimlə mübarizə aparır. Biz hər iki tərəfin, eyni zamanda Ağ Evin dəstəyini hiss edirik. Amerikanın hərtərəfli dəstəyi bizim üçün çox vacibdir”.
Aysu Demokrat.az


