Hadisə

Dəhşətli qəza — 11 avtomobil toqquşdu

Dəhşətli qəza — 11 avtomobil toqquşdu

Türkiyədə 11 nəqliyyat vasitəsi toqquşub.

Demokrat.az xəbər verir ki, zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis cəlb olunub.

D
demokrat.az