Dünya

Putin bu ölkəyə getsə, həbs olunacaq — Nazir xəbərdarlıq etdi

Putin bu ölkəyə getsə, həbs olunacaq — Nazir xəbərdarlıq etdi

“Rusiya Prezidenti Vladimir Putinin Almaniyaya səfər edəcəyi təqdirdə onu həbs edəcəyik”.

Cebhe.info alman mətbuatına istinadən xəbər verir ki, bunu Almaniyanın ədliyyə naziri Marko Buşman deyib.

Buşman qeyd edib ki, Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin tələbini yerinə yetirmək niyyətindədir.

Qaydalara əsasən, onun yurisdiksiyasına tabe olan bütün ölkələr, o cümlədən Almaniya məhkəmənin qərarına uyğun hərəkət etməlidir.

Putin bu ölkəyə getsə, həbs olunacaq — Nazir xəbərdarlıq etdi

“Mən gözləyirəm ki, məhkəmə tez bir zamanda İnterpolla əlaqə saxlayacaq və tələbin icrasını xahiş edəcək. O zaman Almaniya Prezident Putini Almaniya ərazisinə daxil olanda həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə borclu olacaq”, - deyə Buşman bildirib.

Məhkəmə martın 17-də uşaqların Ukraynadan Rusiyaya qanunsuz deportasiyasında şübhəli bilərək Putin, eləcə də uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Kreml Haaqa məhkəməsinin bu qərarını “qəbuledilməz” adlandırıb, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bunun “hüquqi cəhətdən etibarsız” olduğunu bildirib

D
demokrat.az