Hadisə

İsmayıllıda qəza baş verdi, iki azyaşlı xəsarət aldı

İsmayıllıda qəza baş verdi, iki azyaşlı xəsarət aldı

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib.

Demokrat.azxəbər verir ki, hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib.

Hadisə nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az