Martın 17-də İpoteka və Kredit Zəmanət Fondu Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib.
Demokrat.az xəbər verir ki, bu barədə fondun sosial media hesabında paylaşım edilib.
Aksiya çərçivəsində Fondun rəhbərliyi və kollektivinin iştirakı ilə paytaxtımızın Xətai rayonunda yerləşən Gənclik parkında şam ağacları əkilib.






